Balakəndə 7 otaqlı ev yanıb

10:39 11.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakəndə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Balakən rayonunun Tülü kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində tavan 80 m² sahədə, 3 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 136