Balakəndə yarım ton xurma yanıb

17:49 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakəndə yarım ton xurma yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Katex kəndində ümumi sahəsi 180 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və içərisinə yığılan 0,5 ton xurmanın 0,3 tonu yanıb. Tikilinin və xurmanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.