“Sahil bağı“nda kitab sərgisi keçirilib

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dövlət Müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Səbail rayonundakı “Sahil bağı“da “20 il Müstəqillik yollarında“ mövzusuna böyük kitab sərgisi keçirilib.

Sərgi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Mərkəzləşdirilən Kitabxana Sistemi tərəfindən birgə hazırlanıb. Bayramsayağı rəngbərəng bayraqlar, güllər, şarlarla bəzədilən parkda rayonun Mərkəzləşdirilən Kitabxana sisteminə daxil olan kitabxanaların stendləri qurulmuşdu. Burada son illərdə müxtəlif mövzularda çap edilən kitablar nümayiş etdirildi. Əlavə olaraq 4 nəşriyyat da öz nəşrlərini oxuculara təqdim etdi. Nümayiş etdirilən stendlərdə İncəsənət Gimnaziyası, Ə.Əzimzadə adına kollecin tələbələrinin, müxtəlif sənətkarların, “Bəzək“ Yaradıcı İnsanlar Birliyinin nümayəndələrinin əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Keçirilən sərgidə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və digər qonaqlar da iştirak etdilər.
Nahid Canbaxışlı