“Barselona”da Valverdeylə bağlı qərar verildi

12:46 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Barselona” klubu mövsümün sonunda baş məşqçisi Ernesto Valverde ilə yollarını ayıracaq.

Hafta.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Xəbərdə, mövsümün sonuna qədər müqaviləsi olan Valverde ilə yeni sözləşmə imzalanmayacağı bildirilir. “Barselona” bu mövsüm həm Çempionlar Liqasını, həm də İspaniya La Liqasını qazansa belə, Kataloniya təmsilçisi 55 yaşlı mütəxəssislə yollarını ayıracaq.

Valverdenin yerinə ilkin namizəd Hollandiya milli komandasının çalışdırıcısı Ronald Kumandır. Digər variant isə PSV-nin baş məşqçisi Mark van Bommeldir.