Baş Nazir jurnalistlərin ofisdən işləməsinə icazə vermədi

17:07 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Nazir Əli Əsədov həftə sonları ölkə ərazisində məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar verib.

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlər fəaliyyət göstərəcək.

Hafta.az xəbər verir ki, fəaliyyəti məhdudlaşdırılan sahələr arasında mətbuat da var.

 Belə ki, Baş Nazirin qərarı ilə yalnız teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyətinə icazə verilib.

Qəzetlər, informasiya agentlikləri və sayt işçilərinin ofisdən işləməsinə icazə verilmir. 

Oxunma sayı 287
Siyasət rubrikasından digər xəbərlər