Baş Nazirin gəlini zəlzələdə həlak oldu - GÜNÜN TƏZADLARI

18:13 29.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Albaniyada Baş Nazir Edi Ramanın yaxın ailə üzvləri təbii fəlakət zamanı həyatlarını itirdilər. Hafta.az  Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Nəşrin yazdığına əsasən, zəlzələ zamanı Edi Ramanın gəlini olacaq Kristi Reçi və valideynləri həlak olublar. Baş Nazirin oğlu Qreqor Rama “İnstagram” səhifəsində nişanlısı ilə bağlı paylaşım edib və onların dağıntılar altında qaldığını bildirib. Qeyd edək ki, Albaniyada 6,4 bal gücündə zəlzələ zamanı 48 nəfər dünyasını dəyişib, 790 nəfər xəsarət alıb.

 

Merkel Təhlükəsizlik konfransında yıxıldı

Almaniya kansleri Angela Merkel Berlində keçirilən Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik Konfransında büdrəyərək yıxıldı. Hafta.az-ın yazdığına görə, "Report" "Gazeta.Ru"ya istinadla xəbər verir ki, kansler səhnəyə çıxarkən büdrəyib və yıxılıb, amma tez ayağa qalxaraq mikrofon önünə keçib. Bundan sonra A.Merkel zarafatla pilləkənləri görmədiyini və növbəti dəfə onlardan mütləq istifadə edəcəyini deyib.

 

Azərbaycan sərhədində 69 nəfər yaxalandı

Azərbaycan və Rusiyanın daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirildi. Hafta.az yazır ki, DİN mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş 69 nəfər, o cümlədən müxtəlif cinayətlər törətdiklərinə görə 25 şəxs (onlardan 22-si RF üzrə), dövlətə borclu qismində axtarılan 44 nəfər saxlanılıb, həmçinin, itkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib. Qanunsuz saxlanılan ümumilikdə 117 silah, o cümlədən 9 avtomat silahı, 2 qumbaraatan, 8 tapança, 98 tüfəng, 44 qumbara, 35 ədəd silah sandıqçası, 18 ədəd səs qumbarası, şaşka və bıçaq, 9 ədəd bıçaq və beşbarmaq, 10 minə yaxın müxtəlif çaplı patron götürülüb.

 

Baş Naziri əriyən buz heykəli ilə əvəz etdilər

Böyük Britaniyanın Mühafizəkarlar partiyası “Ofcom” media-nizamlayıcısından ona bağlı olan “Channel 4” kanalına qarşı tədbir görülməsini tələb etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, kanal iqlimlə əlaqədar təşkil etdiyi teledebata gəlməyən baş nazirin yerini əriyən buz heykəllə əvəz edib. Qeyd olunur ki, liderlərin iştirakı ilə keçirilən teleşouya yalnız iki lider- Boris Conson və “Breksit” partiyasının lideri Naycel Farac qatılmayıb. Buzdan hazırlanan fiqurlar isə dünyada iqlimin situasiyasını əks etdirib. Mühafizəkarlar partiyası seçkilərdə qalib gəldikdən sonra telekanalın yayım şərtlərinə yenidən baxılacağını və onun standartlara uyğun olub-olmadığını yoxlayacağını bildirib. Partiyanın mətbuat katibi Li Keyn Channel 4-ün “təxribatçı və qərəzli şəkldə oyun çıxararaq”, seçicilərdə “siyasi rəyin formalaşdırılması” işi ilə məşğul olduğunu deyib. Xatrıladaq ki, Boris Conson ABŞ prezidenti Donald Tramp kimi qlobal istiləşmə məsələsinə inamsız mövqe nümayiş etdirir və buna görə ekoloqlaırn qəzəbinə tuş gəlib.

 

Moskvadan qalxan təyyarələr İrəvana enə bilmədi

Yerevanın “Zvartnos” beynəlxalq hava limanı Rusiyadan uçan təyyarə reyslərini qəbul edə bilmədi. Hafta.az  “Report”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. Bildirilib ki, güclü duman səbəbindən Moskva-Yerevan reysi ilə uçan iki təyyarə “Zvartnos”a enə bilməyib. Həmin təyyarələrdən biri Həştərxana, digəri isə Soçiyə eniş edib. Məlumata görə, qatı duman səbəbindən Avstriyanın paytaxtı Vyanadan uçan təyyarə də Yerevana enə bilməyib, Polşanın paytaxtı Varşavadan Ermənistanın paytaxtına uçan təyyarə isə hava limanına enə bilmədiyi üçün həmin şəhərə geri qayıdıb. Qeyd edək ki, noyabrın 26-da Yerevan-Moskva reysi ilə uçan təyyarə isə Rostov-Dona məcburi eniş edib.