Baş nazirin oğlu ABŞ-da hücuma məruz qaldı - Günün təzadları

18:11 07.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Nyu-Yorkda ravvin Şamuli Botiç  tərəfindən təşkil edilmiş bir tədbirdəki çıxışı zamanı hücumla üzləşdi. Hafta.az Moderator.az-a  istinadla xəbər verir ki, Yair atasının siyasətini təriflədiyi cümlələr işlədərkən  “Code Punk” antisionist hərəkatından olan 4 etirazçı salona daxil olub. Etirazçılar baş nazir Netanyahunu ABŞ prezidenti Donald Trampa dəstək verdiyinə görə ucadan lənətləyiblər.

"Heç bir gün də olmaz ki, valideynlərimin öldürülməsi ilə bağlı təhdid almayım"- deyə Yair Netanyahu jurnalistlərə açıqlamasında bildirib.

 

Əli Əsədov Novruz Məmmədovun verdiyi qərarı dəyişdi

Baş nazir Əli Əsədov “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarında dəyişiklik etdi.

Hafta.az-ın məlumatına görə, “Report” xəbər verir ki, qərarla “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda “Geofizika mühəndisliyi” ixtisasının adı dəyişdirilərək “Geologiya və geofizika mühəndisliyi” adı ilə əvəzlənib. Qeyd edək ki, Ə.Əsədovun dəyişiklik etdiyi qərarı bu il fevralın 11-də həmin vaxt Baş Nazir olan Novruz Məmmədov təsdiqləmişdi.

 

Milli Təhlükəsizlik nazirinə ciddi töhmət verildi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ötən gün noyabrın 5-də Dövlət Təhlükəsizlik Şurasının iclasında milli təhlükəsizlik naziri Yaylım Berdiyevə “ciddi töhmət” elan etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu haqda dövlət xəbər agentliyi məlumat yayıb. “Prezidentin sərəncamı ilə Silahlı Qüvvələrin Ali baş komandanı Qurbanqulu Berdıməhəmmədov tərəfindən vəzifə səlahiyyətlərini düzgün icra etmədiyi, işdə yol verdiyi nöqsanlara görə milli təhlükəsizlik naziri Berdiyev Yaylım Yağmıroviçə ciddi töhmət elan edilib”,-rəsmi məlumatda deyilir. Amma nazirin hansı nöqsanlara yol verdiyi açıqlanmır. Yaylım Berdiyev Türkmənistanda güc strukturları rəhbərləri arasında ən nüfuzlu adam hesab edilir. O, iki dəəf MTN-ə başçılıq edib. Əvvəlcə 2011-2015-ci illərdə bu vəzifəni tutub, sonra müdafiə naziri olub. 2018-ci il iyunun 13-də isə Berdıyev yenidən milli təhlükəsizlik naziri təyin olunub, türkmənbaşı həmin vəzifəni tutmuş Dövrangəldi Bayramovu “işdə yol verdiyi ciddi nöqsanlara görə” işdən azad edib. Berdıməhəmmədov habelə Bayramovun rütbəsini azaldıb, onu polkovnik rütbəsindən mayor rütbəsinə endirib. 

 

Pişik canlı yayımda polisin üstünə cumdu

Xallı pişik yerli televiziya kanalına müsahibə verən amerikalı polis məmurunun üstünə atıldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, “hücum”un videosu sosial şəbəkələrdə yayılıb.

Belə ki, polis canlı yayımda ciddi şəkildə jurnalistlə söhbət edərkən xallı pişik məmurun çiyninə atılıb. O, quyruğu ilə məmurun üzünə vurmağa başlayıb və polis gülümsəyib. Polis heyvanı itələyərək yerə düşməsinə kömək etməyə çalışıb. Kadrlarda videonun sonunda pişiyin hələ də polisin yanında fırlandığı görünür.

 

Gəncədə kişi kanalizasiya quyusuna yıxıldı

Gəncədə bədbəxt hadisə baş verdi. Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Krılov küçəsində qeydə alınıb. Şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyev sözügedən küçədə yıxılaraq kanalizasiya quyusuna düşüb və xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, N.Əliyevin vəziyyəti orta ağır olaraq.qalır. Qeyd edək ķi, hadisə baş verən ərazidə su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı bir müddətdir təmir-tikinti işləri gedir.

 

Tamaşa zamanı teatrın tavanı uçdu

Londonun Pikkadilli teatrında tamaşa zamanı tavanın bir hissəsi tamaşaçıların başına çökdü. Hafta.az-n yazdığına görə, “Sky News” xəbər verir ki, hadisə nəticəsində bir neçə insan xəsarət alıb. Hadisə amerikalı aktyor Uendell Pirsın baş rolda oynadığı “Alverçinin ölümü” tamaşası zamanı baş verib. Hadisə yerinə gələn polis və yanğınsöndürmə briqadaları insanları binadan təxliyə edib.