Basketbol üzrə Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

16:48 11.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kişilərdən ibarət basketbol üzrə Azərbaycan yığmasının 2020-ci ildə keçiriləcək Avropa çempionatındakı rəqibləri bəlli olub.

Hafta.az xəbər verir ki, Almaniyada atılan püşkdə millimizin kiçik ölkələrin yer aldığı səbətdə mübarizə aparacağı müəyyənləşib.

Milli komandamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq.

Turnir 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.

Oxunma sayı 33