Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub

23:50 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 5 nəfərin həyatı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-1, Bilgəh, Mərdəkan, və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Oxunma sayı 2294