“BBC-nin müxbiri fəaliyyətimizə şübhə ilə yanaşırdı” - MSK sədri

19:08 13.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bizim fəaliyyətimizə şübhə ilə yanaşan BBC media quruluşunun müxbiri var idi. Çatdırın ki, mən onu axtarıram”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, ötən gün BBC-nin müxbiri MSK-nın fəaliyyətinə şübhə ilə yanaşıb: “O, bizi qorxudurdu. Ancaq mən bu gün onu görmürəm. Pozuntuları ortaya qoyanlar MSK-nın pozuntularla bağlı qərarlarını işıqlandırmır”.