BDU-da Uşaqların Beynəlxalq Müdafiəsi Gününə ədəbi-musiqili kompozisiya hazırlanıb

14:57 01.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.

Hafta.az xəbər verir ki, mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında “Deyirəm uşaqlar heç ağlamasın” mahnısı və Jurnalistika fakültəsinin tələbəsi Rəşad İmanov və Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadənin təqdimatında "Körpə gülüşü - Sevinc Himni" adlı kompozisiya səsləndirilib. Kompozisiyanın ideya və mətn müəllifi Universitetin əməkdaşı Nigar Qayyumdur.

Qeyd edək ki, ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.

 

Oxunma sayı 649
Sosial rubrikasından digər xəbərlər