BDU-da 18-ci Bakı Yapon Dili Natiqlik müsabiqəsi keçiriləcək

12:51 16.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universiteti (BDU) və Yaponiya səfirliyinin birgə təşkilatçılığı, Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə sentyabrın 28-də (şənbə) saat 13:00-da BDU-nun yeni tədris binasının 1-ci mərtəbəsində 18-ci Bakı Yapon Dili Natiqlik müsabiqəsi keçiriləcək.

Hafta.az yazır ki, müsabiqədə yapon dilini tədris edən tələbə və gənclər öz fikir və düşüncələrini yapon dilində ifadə edə biləcəklər. Ona görə də Azərbaycanda yapon dili öyrənən şəxslərin yapon dili bacarıqlarını görüb, dinləmək üçün hər kəs müsabiqəni izləməyə dəvət edilir.

(Nitqlər yapon dilində olsa da, onların Azərbaycan dilində tərcüməsi monitorda əks olunacaq)

Tədbirin Proqramı:

12:30 - Zal tamaşaçılar üçün açılır
13:00 - Tədbir başlayır
16:30 - Tədbir başa çatır

Sosial rubrikasından digər xəbərlər