BƏƏ koronavirusla mübarizə çərçivəsində vacib addımlar atıb

11:27 30.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində son olaraq koronavirus infeksiyasına 563 yoluxma faktı qeydə alınıb. Ölkədə virusa yoluxanların ümumi sayı 32532-ə çatıb, mayın 28-dək 16685 nəfər virusdan sağalıb, ölüm sayı isə 258-ə çatıb.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məlumatda deyilir. Bildirilir ki, BƏƏ pandemiya dövründə bir sıra uğurlar qazanıb və nəticə olaraq, bəzi qərarlar qəbul edilib. Belə ki, BƏƏ, 28 may tarixindən etibarən Dubayda idman zallarını, kinoteatrları yenidən açmaq və sərbəst hərəkəti artırmaqla iqtisadi fəaliyyətini bərpa etmək istiqamətində daha bir addım atılıb. Ölkənin ən böyük səhiyyə şəbəkəsinin baş həkiminin sözlərinə görə, artıq bir aydır ki, BƏƏ-nin əlaqə izlənməsi tətbiqi aktivdir və bu tətbiq koronavirusu blok vəziyyətindən daha effektiv idarə edə biləcək.

BƏƏ-də aparılan COVİD–19 genom tədqiqatı ardıcıl nümunələrin aralarından 17-sinin daha əvvəl bildirilmədiyi 70 mutasiya qeydə alıb. Nəticədə ardıcıllıqla bölüşdürülən məlumatlar özündə qlobal açıq mənbəli COVID-19 genom bazası olan Nexstrain-I (alimlərə virusun qlobal səviyyədə yayılmasına nəzarət etməyə kömək edəcək genetic məlumatları istifadə edir) də ehtiva edən müxtəlif məlumat bazalarına ötürülüb. BƏƏ-də akkreditə olunmuş bir sıra xarici ölkələrin səfirləri, BƏƏ-nin ölkədəki bütün əcnəbi vətəndaşların və qonaqların sağlamlığının, eləcə də təhlükəsizliyinin qorunması, habelə vətənə qayıdanların və dünyanın hər yerində həyat xilas edən yardımın göstərilməsi səylərini əks etdirən videoçarxda iştirak ediblər. İştirakçılar arasında İngiltərə, ABŞ, Almaniya, Filippin, Əfqanıstan, İsveçrə və sairə ölkələr var.

Məlumatda daha sonda deyilir ki, hazırda BƏƏ-də 2 miliyondan artıq test edilib. Bu da hər 4,5 adama bir test deməkdir və beləliklə, BƏƏ dünyada test aparılmasına görə liderdir. BƏƏ tərəfindən hazırlanmış sürətli COVID-19 lazer testi, 85 - 90 faiz dəqiqliyi ilə ümidverici nəticələr göstərir. Effektivliyinin artırılması üçün test hazırda sınaqlardan keçirilir.

Bu müddətdə BƏƏ-də - Abu Dabidə 1200 çarpayılıq daha bir sahə xəstəxanası açılıb. Əsasən işçilər üçün nəzərdə tutulan dörd əlavə sahə xəstəxanası isə yaxın günlərdə istifadəyə veriləcək. "Emirates" aviaşirkəti Dubay beynəlxalq hava limanında və Dubaya uçuşlarda hər sərnişinə pulsuz gigiyena dəstləri təqdim edir. Bu dəstlərdə maskalar, əlcəklər, antibakterial salfetlər və əl təmizləyici maddələr var, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür.

BƏƏ humanitar yardımını və “COVID-19”la mübarizə səylərini də əzmlə davam etdirir: Məsələn, BƏƏ koronavirusla qlobal mübarizəni gücləndirmək üçün Tacikistan və İraq Kürdüstanına tibbi yardım göndərib. Bu günədək BƏƏ 658 mindən çox tibb mütəxəssisinə dəstək olaraq 57 ölkəyə 658 metrik tondan çox “COVID-19” yardımı göstərib.

Eləcə də, BƏƏ ABŞ-ın Las Veqas şəhərindəki (Nevada ştatı) ən böyük koronavirus müayinə mərkəzlərindən birinə təxminən 20 milyon dollar dəyərində 200 min test dəsti bağışlayıb. Yardım Əbu Dabinin vəliəhd şahzadəsi və BƏƏ Silahlı Qüvvələri Ali Komandanının müavini Şeyx Məhəmməd bin Zayed tərəfindən göndərilib.

BƏƏ həmçinin, Yəmən hökuməti ilə koordinasiyalı şəkildə, BƏƏ-nin geri qayıtmaq humanitar səyləri çərçivəsində 100 yəmənli vətəndaşın vətənlərinə qayıtmasına kömək edib.

Oxunma sayı 1737