BƏƏ-nin Müvəqqəti işlər vəkili Azərbaycandakı dini icma rəhbərləri ilə görüşüb

16:18 12.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Abdalla əl-Şəmsi Bakıda fəaliyyət göstərən bəzi dini icmaların rəhbərləri ilə görüşüb, məbədlərini ziyarət edib.

Hafta.az yazır ki, BƏƏ diplomatı Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci Salman Musayev, Roma katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein və Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayevlə bir araya gələrək söhbətlər aparıb. 

Qeyd edək ki, 2019-cu il BƏƏ-də Tolerantlıq İli elan edilib. 

Abdalla əl-Şəmsi bu ilin fevral ayında BƏƏ-yə tarixi səfər çərçivəsində Roma Papası Fransisk və Əl-Əzhər məscidinin imamı Əhməd Ət-Tayyib tərəfindən imzalanmış Dünyanın Sülh və Birgə yaşayışı üçün Bəşər Qardaşlığına dair Sənədin mesajını çatdırıb.

Görüşlər ərzində o, həmçinin bu faktı da xatırladıb ki, BƏƏ dini harmoniya üçün baxışını ortaya qoyub, ölkənin paytaxtında məscid, kilsə və sinaqoqa ev sahibliyi edəcək dinlərarası komleksin inşası planını açıqlayıb.

"Əbu Dabidə Luvr muzeyinə yaxın ərazidə İbrahimi Ailə Evinin 2022-ci ildə açılışı planlaşdırılır. Bu ev BƏƏ-də müxtəlif etnik qruplar, milliyyətlər və dini etiqad nümayəndələrinin yaşadığı birgəyaşayış və bəşər qardaşlığının rəmzi olacaq", - Abdulla əl-Şəmsi deyib.

Oxunma sayı 211