Belarusda prezident seçkiləri keçirilir

10:41 09.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusda prezident seçkilərində seçki məntəqələri bu gün saat 8:00-da açılıb və saat 20:00-dək fəaliyyətlərini davam edəcəklər.

Hafta.az-ın "Belta"-ya istinadən verdiyi məlumata görə, seçkilərdə 5767 seçki məntəqəsi yaradılıb.

Tənəffüs yoluxucu infeksiyaların (COVID-19 daxil olmaqla) yayılmasının qarşısını almaq üçün seçicilərə məntəqəyə daxil olarkən şəxsi qoruyucu vasitələr (maska, əlcək) geyinmək tövsiyə olunur.

6 844 932 vətəndaş seçici siyahılarına daxil edilib.
Oxunma sayı 1616