Benzema Messinin rekordunu təkrarladı

15:04 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real"ın futbolçusu Kərim Benzema "Barselona"nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Hafta.az qol.az-a istinadən xəbər verir ki, son olaraq "Qalatasaray"la matçda dubl edən 31 yaşlı oyunçu Çempionlar Liqasında ardıcıl 15-ci mövsüm qol vurub. Beləliklə, o, L.Messidən sonra bunu bacaran ikinci futbolçu olub.

Qeyd edək ki, ÇL-də ən çox qolu Kriştiano Ronaldo (128  qol) vurub. Bu göstəricidə ikinci yerdə isə 113 qolla Lionel Messidir.