Benzindaşıyan avtomobilin partlaması nəticəsində 60 nəfər ölüb

15:27 10.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanzaniyanın Moroqoro şəhərində benzindaşıyan avtomobilin partlaması nəticəsində 60 nəfər ölüb. 

Hafta.az Reuters-ə istinadən xəbər verir ki, yaralanmış daha 70 nəfər xəstəxanaya çatdırılıb. Onların bir neçəsinin vəziyyəti ağırdır.

Yerli The Citizen qəzetinin xəbərinə görə, ölənlərin və yaralıların əksəriyyəti yerli sakinlərdir. Onlar benzindaşıyan avtomobildən yanacaq çəkmək üçün gələnlər və küçədə ərzaq satan insanlardır. Hadisə şahidləri bildiriblər ki, partlayışın səbəbi yaxınlıqda olan bir nəfərin siqaretini yandırmasıdır. Hazırda yanğınsöndürənlər və əsgərlər insidentin nəticələrini aradan qaldırırlar.

Moroqoro şəhəri Tanzaniyanın inzibati mərkəzi Dar əs-Salamdan 200 kilometr qərbdə yerləşir və ölkənin on ən iri yaşayış məntəqələrindən biridir.