Bərdədə baş vermiş hadisə ilə bağlı rəsmi məlumat

11:24 25.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax-Bərdə mənzilində baş vermiş bədbəxt hadisə ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) açıqlama verib.

QSC-dən hafta.az-a verilən məlumata görə, oktyabrın 24-də saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb. Teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb.

Xəsarət alan Mənsurə Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.