Bərdədə daha 60 evə qaz verilib

21:34 09.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın bölgələrində 2020-ci il üzrə tərtib olunan dövlət proqramına uyğun olaraq qaz çəkilişləri davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyindən hafta.az-a bildirilib ki, bu günlərdə Bərdə rayonunda Məşədiibişli kəndində qaz çəkilişi prosesi tamamlanıb. Bu kənddə 60 fərdi yaşayış evi qazlaşdırılıb.

Ümumilikdə 7693 metr uzunluğunda polietilen, 6021 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib.

Qazla təmin edilən evlərin hər birinə məişət qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Oxunma sayı 2404
İqtisadiyyat rubrikasından digər xəbərlər