Analoq yayım 2013-cü ildə tamamilə dayandırılacaq

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
“AzƏrbaycan ərazisində rəqəmsal yayıma keçid mərhələlərlə aparılacaq“. Bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində rəqəmli yayım tətbiq olunacaq. Amma bu o demək deyil ki, ilkin mərhələdə birdən-birə hamı buna məcbur ediləcək: “Müəyyən bir müddət ərzində paralel yayım olacaq. Vətəndaşlara imkan yaradılacaq ki, hərə öz imkanına uyğun bu avadanlıqları alsın. Müasir tipli televizorlar artıq rəqəmli yayımı dəstəkləyir. Kimdə o televizorlar varsa, əlavə qurğuya ehtiyac yoxdur. Rəqəmli yayım üçün olan qurğular elə qiymətədir ki, hamı üçün münasibdir“.
Nazir müavini qeyd edib ki, 2013-cü ilə qədər Azərbaycan ərazisində rəqəmli yayım analoq yayıma paralel tətbiq olunacaq. 2013-cü ildən isə ölkə ərazisində analoq yayım dayandırılacaq.
Xatırladaq ki, hazırda rəqəmli yayım Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran və yaxınlıqdakı əraziləri əhatə edir. Analoq yayım rəqəmli TV siqnallarının respublikanı tam əhatə etməsindən sonra tədricən dayandırılacaq. Rəqəmli kontentin yayımı MPEG-4 standartında həyata keçirilir.
Sevinc