“Beşiktaş” Kolumbiya millisinin qapıçısını transfer edə bilər

12:56 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Beşiktaş” klubunun heyətinə qatmaq istədiyi qapıçının adı bəlli olub.

İstanbul təmsilçisi Kolumbiya yığmasının futbolçusu Alvaro Monteronu heyətinə qatmağa qərar verib.

“Deportivo Tolima”da çıxış edən qolkiperin bu yay “Beşiktaş”a keçəcəyi gözlənilir. 25 yaşlı əlcək sahibinin transferi “ağ-qaralar”ın qapıçı problemini həll etməlidir. 

Qeyd edək ki, “Beşiktaş” cari mövsümdəki qapıçısı Loris Kariusu icarə müddəti başa çatmadan geri göndərib.

Oxunma sayı 190