Beyl "Tottenhem"ə qayıda bilər

22:22 23.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Tottenhem" "Real"ın futbolçusu Qaret Beyli almağı nəzərdən keçirir.

Paytaxt təmsilçilərinin prezidentləri oyunçunun potensial keçidini müzakirə etmək üçün Madriddə bir araya gəliblər.

Mümkün variantlar kimi icarə sözləşməsi və ya mövsümün sonunda transfer göstərilir. Lakin "Tottenhem" sabiq hücumçusuna 30 milyon avrodan artıq pul ödəmək niyyətində deyil.

Qeyd edək ki, bu mövsüm Qaret Beyl İspaniya La Liqasında 12 oyuna 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Oxunma sayı 324