Beyləqanda iki maşın toqquşdu, sərnişin öldü

16:05 07.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, avqustun 6-da saat 17 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində Qazax rayon sakini H.Qapaqovun idarə etdiyi “DAF” və Beyləqan şəhər sakini S.Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə S.Mehdiyevin sərnişini Ayşən Xıdırlı hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.