Beyləqanda yanğın nəticəsində 1 nəfər xəsarət alıb

21:00 17.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonunda ümumi sahəsi 24 m² olan talvarın altında həcmi 5 litr olan 1 ədəd məişət qaz balonu, xalça və yataq dəsti yanıb. Yüksək temperaturdan talvarın lambirindən ibarət tavanı 1 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 708