Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır - Hikmət Hacıyev

12:14 17.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

25 il öncə Azərbaycan tərəfindən çox çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin fonunda ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında beynəlxalq aparıcı şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan uğurlu enerji strategiyasının, enerji diplomatiyasının əsasını qoydu.

Hafta.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, uzun illər neft bir çox hallarda Azərbaycan xalqının bilavasitə mənafeyinə xidmət etməyib:

“Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarı ilə mənfəətini bilavasitə Azərbaycan Respublikası və xalqı gördü. Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, iqtisadi inkişafının təməli olmaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə ciddi şəkildə töhfə verdi. Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən biri onun şəffaf və uğurlu şəkildə idarə olunması mexanizmidir. Bu gün ölkəmizin enerji strategiyasının növbəti vacib bir təməl nöqtəsi var ki, Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri artıq özünün icrasının son mərhələlərinə qədəm qoymaqdadır və biz də ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə məntiqi sonuna çatdırılmasına nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz böyük töhfəsini verəcək. Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır".

Oxunma sayı 53
Siyasət rubrikasından digər xəbərlər