Obama Konqresə təzyiqləri artıracaq

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Barak Obama iş yerlərinin açılmasına dair planının təsdiqi üçün Konrqresə təzyiqlərini davam etdirəcəyinə söz verib. Vaşinqtonda ispandillilərin forumunda o, plana dəstək verməyən respublikaçıları tənqid edib. Prezident digər işsiz amerikalılar kimi ispandillilərin də bu proqramın mənfəətini görəcəyini deyib. O, administrasiyanın iqtisadiyyatın canlandırılması və yeni iş yerlərinin açılışı sahəsində işlər gördüyünü bildirib. Obamanın 447 milyard dollarlıq planı amerikalıların iş yerlərinə qaytarılmasını nəzərdə tutur. Respublikaçı qanunvericilər planın bəzi hissələrini dəstəkləsələr də, onun tam şəkildə təsdiqi gözlənilmir. Dünən Senatda plan 50 leyhinə, 49 əleyhinə səs əldə edib. Təsdiqi üçün planın 60 səsə ehtiyacı var idi.