Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır

18:00 29.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində müvəqqəti dəyişiklik edilib

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən hafta.az-a verilən məlumata görə, sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır:

- Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı

- Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı

- Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı

- Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı

Oxunma sayı 1711
Sosial rubrikasından digər xəbərlər