Bəzi ərazilərdə 8 sm qar yağıb

13:28 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın bəzi ərazilərinə 8 sm hündürlüyündə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Yanvarın 13-də havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə isə 10-13 dərəcə şaxta təşkil edib.