“Muzkomediya“ qastrol səfərlərinə hazırlaşır

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Hazırda 102-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının əsas binasında aparılan təmir və yenidənqurma işləri kollektivin tam qüvvədə fəaliyyətinə mane olmayıb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dənizçilərin Mədəniyyət Evində öz işini davam etdirən teatr yeni qastrollar təşkil edir və tamaşalar hazırlayır. Teatrın yaradıcı kollektivi Mədəniyyət və Turizm Nazirinin dəstəyi ilə Milli Musiqi Günü münasibətilə sentyabr ayının 18-19-da Xaçmaz və Şabran rayonlarında təmənnasız olaraq çıxışlar etmiş və hər iki rayonun əhalisi sənətçiləri böyük maraq və sevgi ilə qarşılayıblar. Hazırda yaradıcı kollektiv yeni qastrola hazırlaşır. Bu dəfə artistlər İsmayıllı rayonunun İvanovka kəndinə və yenidən Xaçmaz rayonuna səfər edəcəklər. Xalq Artisti Afaq Bəşirqızının iştirakı ilə hazırlanmış “Yeddi məhbusə anası“ (C.Quliyev, Ə.Əmirli) tamaşası Xaçmaz rayonunda, repertuara yenicə daxil olan “Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağı qarnir“ (M.Kamoletti) komediyası isə İsmayıllı rayonunun İvanovka kəndinin tamaşaçılarına təqdim olunacaq. Hər iki qastrol tamaşası noyabr ayının əvvəllərinə təsadüf edəcək

Nigar
Oxunma sayı 30