Bibiheybət yolu may ayında istifadəyə veriləcək - Açıqlama

15:11 21.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bibiheybətdən paytaxta gediş istiqamətində torpaq sürüşməsinin baş verməsi və yolun bir hissəsi dağılması ilə bağlı xəbər vermişdik. Hazırda son tamamlanma işləri nə zaman yekunalaşacaq?

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hafta.az-a açıqlamasında bildirdi ki, işlər hazırda davam edir. Qurum rəsmisi əlavə etdi ki, may ayının sonuna qədər yekunlaşması gözlənilir:

“Əgər hava şəraiti imkan verərsə, işlər may ayının sonuna, ən uzağı iyun ayında  yekunalaşacaq və Bibiheybət yolu istifadəyə veriləcək”.

Qeyd edək ki, hazırda yolun sürüşmə olan hissəsinə yaxın ərazidə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, sürücülər alternativ yollara yönləndirilir.

Sosial rubrikasından digər xəbərlər