Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü

17:21 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib.

 

Hafta.az "Report"a istinadən məlumat verir ki, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Xəlilov İlham Məmməd oğlu 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.

Oxunma sayı 234
Gündəm rubrikasından digər xəbərlər