Biləsuvar sakini Bakıdan maşın qaçırdı

16:14 23.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, avqustun 22-də Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobil qaçırılıb.

Xətai RPİ 35-ci PB və Bakı şəhər DYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini A.İsmayılov saxlanılıb.