Biləsuvarda “Sabahın tələbələri” layihənin icrasına başlanılıb

13:14 15.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda “Sabahın tələbələri” layihənin icrasına başlanılıb. Bu münasibətlə keçirilən onlayn tədbirdə layihə rəhbəri Babək Rəcəbli, Lənkəran Dövlət Universitetinin prorektoru İdrak Əsgərov, Biləsuvar Rayon Təhsil Şöbəsinin nümayəndələri Anar Xammədov və Kəramət Sadatov, Goranboy rayonu üzrə təhsil meneceri Eşqin Axundlu, müxtəlif bölgələrdən müəllimlər və Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Layihə rəhbəri Babək Rəcəblinin verdiyi məlumata görə, layihənin məqsədi Biləsuvar Rayon Təhsil Şöbəsi və ali və orta ixtisas təhsili müəssisələri ilə birgə əməkdaşlığın qurulması, komanda yaradaraq gələcək fəaliyyətdə operativliyin onlayn təşkili, eyni zamanda, istedadlı şagirdlərin müəyyən olunaraq layihəyə könüllü kimi cəlb edilməsi, məktəblilərin ali təhsil müəssisələri və orta ixtisas təhsili müəssisələri ilə əyani tanışlığını təşkil etməkdir.

Layihənin icrasına 10 şagird və 3 müəllim cəlb olunacaq.

Qeyd edək ki, martın 15-dək davam edəcək layihə Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin qalibi olub.

Oxunma sayı 280