Bill Qeyts koronavirusun 2022-ci ildə sona çatacağını ehtimal etdiyini bildirib

23:48 20.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Koronavirus pandemiyasının 2022-ci ildə sona çatması ehtimalı böyükdür”.

Hafta.az “Fox News”a istinadən xəbər verir ki, bunu “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts açıqlamasında bildirib.

O qeyd edib ki, problemə yalnız qlobal miqyasda yanaşılsa, 2021-ci il ərzində yoluxma sayı azala bilər:

“ABŞ-ın gələn yaya qədər tamamilə normal həyat tərzinə dönəcəyinə inanıram. Bunun üçün dünyada koronavirusla mübarizəni davam etdirmək lazımdır. Çünki bu halda COVID-19-un ölkələrə "dönməyəcəyinə" zəmanət veriləcək”.

Qeyd edək ki, “Microsoft”un qurucusu daha əvvəl ABŞ-ın bu il oktyabr ayının sonuna qədər koronavirusa qarşı peyvəndi əldə edə bilməyəcəyini söyləmişdi.

Oxunma sayı 1348