Binə Ticarət Mərkəzi yanğından sonra - FOTO-VİDEO 

12:39 08.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 8-i gecə saat 00:20-00:30 radələrində Binə Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Hafta.az-ın əməkdaşının verdiyi məlumata görə, yanğın 2500 kvadrat metr ərazidə baş verib. Yanğın 2 və 3 cü sektorları əhatə edib. Pərdə-tül və xanımlar üçün xəz dəri geyimləri satılan mağazalar tamamilə yanaraq külə dönüb. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Hadisə şahidlərinin hafta.az-a verdiyi məlumata görə yanğın qısaqapanma nəticəsində baş verib. Yanğının bu qədər böyük olmasının əsas səbəbi isə gecə saatlarında müşahidə edilən külək idi. Küləyin Binə ticarət mərkəzi istiqamətində hərəkət etməsi alovu söndürməyi çətinləşdirib.

İlk öncə ticarət mərkəzinin kənarındakı yanar konstruksiyalardan inşi edilən köşk alışıb. İlkin ehtimala görə təxminən 20-yə yaxın sahibkara ziyan dəyib.  Yanan mağazalar daha çox texniki avadanlıqlar və xəz dəri köşkləri olub. Hazırda zərər dəyən sahibkarlar sağ qalan məhsullarıvnı çıxartmağa çalışırlar. Təxminən sahibkarlara 30-200 min manat dəyərində ziyan dəydiyi bildirilir.