Binədə yolu keçən qadını avtomobil vurub öldürdü

16:19 20.06.2019
Yazını böyüt
Yazını kiçilt

 Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, iyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlı qadını vurub və piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Oxunma sayı