Binəqədi rayonunda sərnişin avtobusu piyadanı vurub

16:37 22.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, rayonun Biləcəri qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai rayonunun Zığ Yolu küçəsində isə yolu keçən paytaxt sakini Aygün Babayevanı Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi “Nissan” markalı avtomobillə vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktlarla bağlı araşdırma aparılır.