Binəqədidə boya zavodu yanır - VİDEO

20:46 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda boya fabrikində güclü yanğın başlayıb.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikində baş verib. Güclü yanğın fabrikin ərazisini bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.

 

Oxunma sayı 3416