Bir ailədən 5 nəfərin öldüyü qəza – DİN məlumat yaydı

16:20 09.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi İmişlidəki dəhşətli qəza barədə məlumat yayıb.

Hafta.az xəbər verir ki. nazirliyin məlumatına görə, sentyabrın 9-da gecə saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Nəticədə sürücü İlqar Şamxalov və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.

Avtomobil kanaldan çıxarılıb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.