Bir ailənin 4 üzvü dəm qazından boğuldu 

10:00 09.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Hafta.az xəbər verir ki, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 40-da baş verib.

Həmin evdə yaşayan 1984-cü il təvəllüdlü Qasımov Şirin Elçin oğlu, arvadı, 1988-ci il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, övladları-2012-cü il təvəllüdlü Qasımova Nigar Şirin qızı və 2013-cü il təvəllüdlü Qasımov Elçin Şirin oğlu yaşadıqları evdə huşsuz vəziyyətdə aşkarlanıblar. Ailə üzvlərinin xəstəxanaya çatdırılmasına baxmayaraq J. Qasımova xəstəxanada dünyasını dəyişib, ata və iki azyaşlı isə xəstəxanada müalicəsini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 30