“Bir gecədə saçlarım ağardı” - Zöhrə Abdullayeva-VİDEO

17:28 04.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Zöhra Abdullayeva "Hər şey daxil" verilişinin qonağı olub.

Modern.az Axşam.az-a istinadən xəbər verir ki, oğlunu itirdikdən sonra efirlərdən uzaqlaşan müğənni Zöhra Abdullayeva Xalq artisti Könül Xasıyevanın konsertindəki ifasından danışıb:

"Könül Xasıyeva məni təqdim etdi, çıxmasam, hörmətsizlik olardı. O boyda zal məni alqışlayırdı. Balam üçün muğam oxudum, hamı da başa düşdü. Mən ruham, yaşamıram. Cismən varam. Fəxr edirəm balamın yolunda ağartdığım saçlarla.

Balamın yolunda, bir gecədə bu saçlar ağardı. Heç vaxt saçlarımı boyamayacam. Məni qəbul edən belə etsin".

 

VIDEO