Bir neçə tikili yanıb

10:13 20.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samuxda bir neçə tikilidə yanğın hadisəsi qeydə alınıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 90 m² olan tikilinin (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 135 m² olan digər tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan 22 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.