Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq - İlham Zəkiyev-VİDEO

18:48 03.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün bəşəriyyət koronavirus adlı bəla ilə üz-üzədir.

Bunu mətbuata açıqlamasında Paralimpiya üzrə olimpiya çempionu İlham Zəkiyev deyib.

O bildirib ki, bu virusdan qorunmaq üçün bütün vətəndaşlar səfərbər olmalıdır:

"Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Pandemiya xəstəliyin çox ciddi olmasından xəbər verir. Bu virusa qalib gəlmək üçün biz həmrəy olmalıyıq. Çalışmalıyıq ki, səhlənkar olmayaq, lüzumsuz yerə evdən çölə çıxmayaq. Ailənizi və özünüzü fikirləşin. Xüsusi karantin qaydalarına riayət edin. Allah xalqımızı, millətimizi qorusun, tezliklə bizi bu bəladan xilas etsin".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Oxunma sayı 276