Biz cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk - Cəbhəyanı zonadan Prezidentə məktub var

16:46 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Sizin diqqət və qayğınız sayəsində Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən, uzunluğu 33,5 kilometr olan Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Ərazidə kommunikasiya xətləri qaydaya salınıb, su ötürücüləri qoyulub. Artıq yolun Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Yuxarı Qapanlı-Qazyan kəndlərini birləşdirən hissəsinə asfalt döşənib. Avtomobil yolunun yenidən qurulması biz Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinlərinin də böyük sevincinə səbəb olub. Çünki gediş-gəlişimiz rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb, kənd təsərrüfatı məhsullarını mənzil başına vaxtında və itkisiz çatdırırıq.

Möhtərəm cənab Prezident, biz cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun. Biz tərtərlilər həmişə Sizinləyik.

Tərtər rayon Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinləri adından hörmətlə,

Səfərov Qədim

Cabbarov Çingiz

Əliyev Nəriman

Cəfərov Altay.

Azərbaycan Respublikası, Tərtər rayonu.

Oxunma sayı 1896
Sosial rubrikasından digər xəbərlər