Biz hər zaman Sizin tapşırıqlarınıza diqqətlə qulaq asır, onlara riayət edirik - Vətəndaşlardan Prezidentə məktubdan 

12:41 06.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əziz Prezidentim.

Əvvəla Sizə ailənizlə birgə cansağlığı, sülh və əmin-amanlıq arzulayıram. Koronavirusla mübarizənin birinci mərhələsində qalib gəldiyimizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində itkilərimiz digər ölkələrlə müqayisədə çox-çox aşağıdır. Biz hər zaman Sizin tapşırıqlarınıza və tövsiyələrinizə diqqətlə qulaq asır, onlara riayət edirik. Karantin dövründə anamla çox vaxt keçirdim, maraqlı "Evdə qal!" videolarını hazırladıq.

Cənab Prezident, televizorda çıxışlarınızı daim izləyir, Sizi gördüyümə çox sevinir, Sizə diqqətlə qulaq asıram. Mənim ən böyük arzum maksimum balla ali məktəbə qəbul olmaqdır. Bunun üçün səylə çalışıram, əlaçıyam, kitabxananın fəal oxucusuyam. Gələcəkdə yol polisi olmaq istəyirəm. Anam deyir ki, hansı peşənin sahibi olsam da, Sizin qayğınızı hiss edəcəyəm. Məncə, o, haqlıdır. Çünki Siz hər bir azərbaycanlının Prezidentisiniz.

Hörmətlə,

Şahbazov Yaşar Vasif oğlu, şagird.

Azərbaycan Respublikası, Qusar rayonu, Yasaboba kəndi.

***

Zati- aliləri, möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən birinə çevrilib. Sizin xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz işlər, verdiyiniz qərarlar, pandemiya dövründə işsiz şəxslərə ayırdığınız 190 manat birdəfəlik müavinət, maddi yardımlar, sosial sahədə dövlət tərəfindən göstərilən dəstək tədbirləri hər bir vətəndaş kimi, məni də çox sevindirir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində baş verir.

İşləməyən şəxslərə birdəfəlik 190 manat verilməsi bütün xalqın sevincinə səbəb oldu. Mən də aprel və may aylarında bu yardımdan yararlandım.

Bir ana kimi Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik, cənab Prezident.

Hörmətlə,

Xuraman Tağıyeva Ramil qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Məmmədqasım Bayramovdan,Tovuz, Azərbaycan.

***

Əziz Prezidentimiz.

Sizin uzaqgörənliyiniz sayənizdə koronavirus pandemiyasının birinci mərhələsində az itkiyə və az yoluxmaya nail olduq. Bu çətin vəziyyətdə tibb işçilərimiz Sizin də dəstəyinizlə və qayğınızla öz işlərini canla-başla yerinə yetirdilər. Siz bu pandemiya dövründə hər bir azərbaycanlının yanında oldunuz. İmkanı olmayan ailələr, işə gedə bilməyən vətəndaşlar 190 manat ödəmə və ərzaq ilə təmin edildilər.

Siz həmişə biz pensiyaçıların da qeydinə qalırsınız. Mən şəxsəm öz adımdan və yaşadığım kəndin sakinləri adından Sizə ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olun ki, hər zaman xalqımızla birlikdəsiniz.

Hörmətlə,

Bayramov Məmmədqasım.

Azərbaycan Respublikası, Tovuz rayonu, Əsrik Cırdaxan kəndi.

***

Möhtərəm cənab Prezident.

Bu gün müstəqil respublikamızın əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin fenomeniniz sayəsində mümkün olub. Gənclərimizin sosiallaşması və cəmiyyətə düzgün inteqrasiyası üçün Sizin dəstəyinizlə davamlı olaraq xüsusi addımlar atılır. İmzaladığınız sərəncamlar insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Son aylarda dövlət strukturlarının modernləşdirilməsinə və yeni islahatlara xüsusi diqqət ayırırsınız. Rəhbər vəzifələrə gənc və bacarıqlı mütəxəssislərin, eləcə də müasir dünyagörüşünə malik kadrların təyin olunması bizi ruhlandırır. İnanırıq ki, seçib qiymətləndirdiyiniz, irəli çəkib vəzifələrə təyin etdiyiniz gənclər Sizin və xalqımızın etimadını doğruldacaq və öz vəzifələrini layiqincə yerinə yetirəcəklər.

Gənclərimizin Yeni Azərbaycan Partiyasına inamı ulu öndərimiz Heydər Əliyevin apardığı siyasətdən və Sizin bu siyasəti uğurla davam etdirməyinizdən qaynaqlanır. Azərbaycanda yeni demokratik eranın başlanğıcı vətəndaşlarımızda Sizə və dövlətimizə olan inam və etibar hissini daha da möhkəmləndirir.

Cənab Prezident, ölkə gəncləri adından Sizə bir daha dərin təşəkkürümüzü bildirir, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əzimov Bəylər.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

Oxunma sayı 304
Siyasət rubrikasından digər xəbərlər