“Biz instaqram, feysbuk kimi portallarda səs toplayan müğənnilərdən deyilik” – Nazpəri Dostəliyeva 

10:33 18.05.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Nazpəri Dostəliyeva hafta.az-a müsahibəsində yeni solo konsertindən, çəkdirdiyi klipindən danışıb.

Hətta aşıq sənəti ilə bağlı müdafiə etdiyi elmi işlə bağlı əməkdaşımızın suallarını cavablandırıb. Maraqlı söhbətin daha ətraflı məqamları ilə tanış olmaq istəyirsinizsə, telefonunuzun və kompüterinizin monitoruna daha yaxın əyləşin:

 -Nazpəri xanım, pərəstişkarlarınızdan redaksiyamıza tez-tez ünvanlanan suallardan biri də yeni solu konsertinizlə bağlıdır. Üzümüzə gələn yay-payız mövsümündə sizdən yeni solo kansert gözləsinlərmi?

-İnşallah. Pərəstişkarlarım mənim üçün çox əzizdir. Amma yay-payız mövsümündə yox, sağlıq olsun, qış ayında solo konsert verməyə hazırlaşıram. İnşallah, həmin solo konsert baş tutacaq. Solo konsertin məkanı və dəqiq vaxtı haqda indidən bir söz deyə bilmərəm. Çünki xeyli vaxt var. Hardasa konsertə bir-iki ay qalmış pərəstişkarlarıma konsertin tarixi və məkanı ilə bağlı məlumat verəcəyəm. Çünki məndə belə bir qənaət formalaşıb ki, görəcəyim iş barədə qabaqcadan məlumat verəndə məndə alınmır. Amma nəsə problem yaranacağını düşünmürəm. İnşallah, solo konsertimiz gerçəkləşəcək.

-Başqa nə yeniliklər var yaradıcılığınızda?

-Əlbəttə ki, başqa yeniliklər də var. Yaradıcı adam heç vaxt bir yerdə qalmamalıdır. Hazırda hər yerdə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur. Biz də bununla bağlı konsert proqramlarına qatılırıq. Borcumuzdur. İlk növbədə bunları etməliyik. Eyni zamanda, səhərə qədər studiyalardan çıxmıram.

-Təzə nə mahnılar yazdırmısınız? Tezliklə yeni kliplərinizi görə biləcəyikmi?

-Təzəcə “Döymə Kərəmi” aşıq mahnısını yazdırmışam. Artıq aşıq mahnılarını yazdırıram. “Döymə Kərəmi”ni Aşıq Əhmədəli Dostəliyevin – atamın sözlərinə yazılmış mahnını ifa etmişəm. Daha bir mahnı isə Nailə Mirməmmədlinin bəstəsidir. Həmin mahnını da artıq səsləndirmişəm. Həm də həmin mahnıya klip çəkdirirəm. Mahnının adı “Qədrimi bilməyənim” adlanır. Mahnılarım üzərində işləyirəm. Hazırda mənə elə bir stimul, yaradıcılıq enerjisi gəlib ki, inanmıram ki, bu yolda bir kəs, bir problem, hansısa söz-söhbət məni dayandıra bilər. Allahın izni ilə yaradıcılıq fəaliyyətimə çox böyük sürətlə davam edirəm. Sözsüz ki, təqdim etdiklərimi eləmişəm, edə biləcəyimi də etməyə çalışacağam. Pərəstişkarlarımın görüşünə daha çox kiliplərlə gəlməyi düşünürəm və gələcəyəm. Biz instaqram, feysbuk kimi portallarda səs toplayan müğənnilərdən deyilik. Bizim səsimizi Allah, sənətimizi dövlətimiz qiymətləndirib. Söz yoxdur ki, bütün gördüyümüz işlərlə yanaşı, yaradıcılığımızdakı yeniliklər davam edəcək.

-Nazpəri xanım, bir müddət öncə Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili ilə bağlı yazdığınız elmi iş ölkə gündəmini zəbt etmişdi. Bitirdinizmi, elmi işinizi? Müdafiə etdinizmi?

- Mən çoxları kimi üstündən keçib bir kənara atan adam deyiləm. Söz verdiyim kimi, elmi işi bitirən zaman sizlərə təqdim edəcəyəm. Hazırda iş qrafikim çox sıxdır. Bilirsiniz, bu işlərin üzərində işləmək ömür-gün tələb edir. Amma bu mənim atamın sənətidir. Atamın mənə qoyub getdiyi mirasdır. Mənim borcumdur ki, bu elmi işi bitirim. Mən aşıq sənəti ilə bağlı yazdığım elmi işimi bitirməsəm, o zaman böyük sənətkarların – Aşıq Pənahın, Aşıq Şakirin qarşısında borclu qalmış olaram. Ona görə də yaxın zamanlarda elmi işimi də bitirib təhvil verəcəyəm.