“Biz qəbilə dövləti deyilik, Türkiyəyik” - Ərdoğan

18:30 25.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qafqazda azərbaycanlı qardaşlarımızın yanında yer aldığımız üçün günahlandırılırıq. Bəzi amerikalılar buna görə bizi sanksiyalarla hədələyirlər. Gecikməyin, nə edirsiniz, edin. Biz qəbilə dövləti deyilik, Türkiyəyik, Türkiyə”.

Hafta.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında deyib.

Ərdoğan deyib ki, Türkiyə hazırda Avropada yüksələn irqçiliyi ifşa etdiyinə görə də təzyiqlərə məruz qalır:  

"Türkiyə məzlumların hamisi, haqqın və haqlının dəstəkçisi olduğuna görə, könüllərdə taxt qurub. Bundan sonra da məsuliyyətimiz çərçivəsində nə lazımdırsa, onu edəcəyik. Bizim kitabımızda sosial ədalət var. Baxın Suriyada qərib-fağırların harayına biz yetişirik. Əllərindən gəlsə, Türkiyəni bir qaşıq suda boğarlar. Amma həvəsləri gözlərində qalır. Bizim müqəddəs yolumuz davam edir, edəcək”.

Oxunma sayı 292
Siyasət rubrikasından digər xəbərlər