Bizim əsas istəyimiz xaricdəki diasporlarımızın birliyidir - Komitə sədri

12:15 05.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bizim əsas istəyimiz xaricdəki diasporlarımızın birliyidir. Bununla bağlı yol xəritəsi hazırlanıb. Hazırda 29 ölkədə 11 koordinasiya şurası fəliyyət göstərir. Diasporalara Dəstək Fondu diasporlarımıza maddi və texniki dəstək göstərir".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, Dəstək Fondunda 69 fərdi şəxs elektron qeydiyyatdan keçib. Fuad Muradov bildirib ki, Azərbaycan dilinin qorunub saxlanmasi üçün şənbə və bazar məktəbəri fəaliyyət göstərir. Onun birincisi İsveçrənin Bern, ikincisi isə Fransanın Nant şəhərində "Qarabağ" məktəbidir. Komitə sədri bildirib ki, komitə hazırda Fransada çox ciddi layihələr həyata keçirilib.

Oxunma sayı 37
Siyasət rubrikasından digər xəbərlər