BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

21:19 13.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib.

Hafta.az xəbər verir ki, Tarix İnstitutundan verilən məlumata görə, noyabrın 15-də, saat 11:00-da AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuq ilə görüş olacaq.

Tarix İnstitutundan verilən məlumata görə, görüşdə Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunacaq.

Tədbir AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Oxunma sayı 25
Siyasət rubrikasından digər xəbərlər