BMT-nin 24 əməkdaşı koronavirusa yoluxub

23:10 20.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin 24 nəfər əməkdaşında koronavirusa yoluxma faktı aşkarlanıb.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik açıqlama verib. Onun sözlərinə görə, BMT-də yoluxma hallarının ümumi sayı 24-dür.

Bunlardan 3-ü Nyu-York şəhərində, BMT-nin Baş Qərargahında qeydə alınıb. Binada dezinfeksiya işləri aparılıb. Diplomatlara mümkün qədər məsafədən çalışmaq və görüşləri video əlaqə vasitəsi ilə keçirmək tövsiyə edilib.

Oxunma sayı 173